• cümə axşamı, 25 aprel, 18:01
  • Baku Bakı 21°C

“Eldar gedib tula kimi tullanıb durub orda”

24.09.13 14:00 1632
“Eldar gedib tula kimi tullanıb durub orda”
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbər arasında telefon danışığının səs yazı yayılıb.
APA-nın məlumatına görə, söhbətdən bəlli olur ki, telefon danışığı Milli Şuranın sentyabrın 22-də keçirilən mitinq zamanı aparılıb.
Telefon söhbəti Rusiyanın REX İnformasiya Agentliyi tərəfindən açıqlanıb.
Telefon danışığını olduğu kimi təqdim edirik:
Rəsul Quliyev: Salam Sülhəddin.
Sülhəddin Əkbər: Salam, salam necəsiz?
Rəsul Quliyev: Yaxşıyam sağ ol. Ayə siz orda nə multfilm düzəltmisiniz, ə, ayıb-ayıb. Sən öl, kefsiz e. Ə, multfilmdi e, nastayaşi. Sən çox düzgün eləmisən gedib çıxmamısan o tribunaya.
Sülhəddin Əkbər: Hə...
Rəsul Quliyev: Sənin addımın alqışlanır. Mirmahmud da yox idi tribunada...
Sülhəddin Əkbər: Yox, görmürəm. Mən arxada durmuşam, amma görəmmirəm. Bəlkə oralarda ola bilər. Görünmür, hələlik.
Rəsul Quliyev: Yox, e...Mirmahmud o zadda yoxdur. Yəni tribunada...
Sülhəddin Əkbər: Görməmişəm, açığı soruşmadım da...
Rəsul Quliyev: .
Sülhəddin Əkbər: Hə?
Rəsul Quliyev: Ə, bunlar dəhşət alçaq adamlardı e... İsgəndər Həmidovu... Nətər insanlardı ə, bu Əliynən İsa başa, düşə bilmirəm. Elə o Cəmil müəllim özü, bədbaxt İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyir.
Sülhəddin Əkbər: Hə.
Rəsul Quliyev: Ə, o balaca stadionun 50 faizini doldura bilmədiniz? Hökumət biabır eləyəcək bunu.
Sülhəddin Əkbər: Hə.
Rəsul Quliyev: Po kraynom mere, sən özünü qırağa çəkə bilibsən.
Sülhəddin Əkbər: Hə, yaxşı...
Rəsul Quliyev: Yaxşı, oldu, davay.
Sülhəddin Əkbər: Oldu sağol.
banner

Oxşar Xəbərlər