• çərşənbə axşamı, 16 aprel, 17:12
  • Baku Bakı 19°C

Eldar Əzizov: "Bayılda sürüşmə sahəsində vəziyyət ciddidir, təhlükəsizlik tədbirləri görülür"

10.02.18 17:46 707
Eldar Əzizov: "Bayılda sürüşmə sahəsində vəziyyət ciddidir, təhlükəsizlik tədbirləri görülür"
"Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür".
APA-nın xəbərinə görə, bunu Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə görüşdəSəbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.
Onun sözlərinə görə, sakinlərbir illik kirayə pulu ilə təmin olunacaq.
E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.
Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.
banner

Oxşar Xəbərlər