AZE | RUS | ENG |

Eldar Əzizov: Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir

Eldar Əzizov: Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
Bakının Baş Planının yenidən hazırlanması üçün Azərbaycana böyük ekspert qrupu dəvət olunub. Hazırda ekspert qrupu layihə üzərində işləyir.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.
Eldar Əzizov deyib ki, Baş Planın Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. O bildirib ki, Bakının Baş Planı ilə bağlı layihə sənədi demək olar hazırdır, işlər tamamlanmaq üzrədir. Tam hazır olandan sonra ictimaiyyətə təqdim ediləcək. Bakının yeni Baş Planı olmalıdır. Bu, strateji bir hədəfdir.
Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A.fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892