“Elçinin “Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi olub
Bakı Slavyan Universitetində (BSU) ədəbiyyatşünas-
tənqidçi, professor Nizami Tağısoyun "Elçinin "Baş” romanı struktur- funksional təhlil müstəvisində” monoqrafiyasının
təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə BSU-nun Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva açıb.
Tədbirin moderatoru
BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Leyla İmaməliyeva tədbirdə
iştirak edən ədəbiyyatşünas-tənqidçilərə söz verib.
Təqdimat mərasimində AMEA- nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktor müavini, professor Məmməd Əliyev, AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Yaradıcılıq şöbəsinin müdiri, professor Vüqar Əhməd,
aparıcı elmi işçi, professor Baba Babayev, ADPU-nun professorları Himalay
Qasımov, Elman Quliyev, Təyyar Salamoğlu, Yaqub Babayev, professor Abid
Tahirli, BSU- nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı,
dosent Nuridə Novruzova və filologiya və xarici dil müəllimliyi fakültəsinin
dekanı, professor İlyas Həmidov, BSU-nun professorları Naidə Məmmədxanova, Rəhilə
Quliyeva, Rüstəm Kamal və başqaları çıxış ediblər. Natiqlər Nizami Tağısoyun
adıçəkilən monoqrafiyasında əsərin struktur-funksional xüsusiyyətlərinin,
Elçinin "Baş” romanının poetikasının doğru, dürüst nəzəri-metodoloji yöndən
araşdırıldığını bildiriblər. Çıxışçılar Nizami Tağısoyun monoqrafiyasının məziyyətlərindən
danışıb, monoqrafiyada qoyulan məsələlərin ədəbiyyatşünaslığımızda, nəzəriyyə
sahəsində dəyərli və orijinal əsər olduğunu
qeyd ediblər.
Sonda
tədbirdə iştirak edən BSU-nun tələbə və magistrantları Nizami Tağısoyun
"Elçinin "Baş” romanı struktur- funksional
təhlil müstəvisində” monoqrafiyasının özəl cizgiləri üzərində dayanaraq
N.Tağısoya gələcək tədqiqatlarında uğurlar arzulayıblar.