• cümə, 29 Mart, 13:12
  • Baku Bakı 14°C

Elçin Şıxlı bağlanan qəzetlərindən danışdı

31.05.14 09:39 1166
Elçin Şıxlı bağlanan qəzetlərindən danışdı
“Gündəlikdən həftəlik nəşrə keçəndə düşünürdük ki, bunun öhdəsindən gələ bilərik. Amma sonrakı proseslər göstərdi ki, bu da mümkün deyil”.
Bunu APA-ya açıqlamasında “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.
Onun sözlərinə görə, həftəlik nəşr olunan qəzetin satışından gələn gəlirlə xərcləri ödəmək mümkün deyil: “Açığı, bu məsələlərin axırının necə olacağı mənə də məlum deyil. Qəti nə isə deyə bilmərəm. Bir az istirahət edək, görək sonrası necə olur. Qəzetin satışından gələn maliyyə ilə xərcləri ödəmək mümkün deyil. Çapa davam etsəydik, mən borca girməli olacaqdım. Ona görə də qərar verdik ki, müvəqqəti olaraq çapı dayandıraq”.
E. Şıxlı əlavə edib ki, “Ayna” və “Zerkalo” qəzetlərində çalışan əməkdaşların taleyi ilə bağlı qəti qərar verilməyib: “İndi konkret nə isə deyə bilmərəm. Çox təəssüf ki, işlər bu yerə gəlib çıxdı. İşçilərin taleyi ilə bağlı 10-15 günə konkret qərar verəcəyik”.
Baş redaktor bildirib ki, “Ayna” və “Zerkalo” qəzetlərinin bağlanması Rauf Mirqədirov məsələsi ilə əlaqəli deyil.
Qeyd edək ki, “Ayna” və “Zerkalo” qəzetlərinin sonuncu nömrəsi bu gün satışa çıxarılıb.
banner

Oxşar Xəbərlər