AZE | RUS | ENG |

Elçin Səfərli: Arzuma çatdım...

Elçin Səfərli: Arzuma çatdım...
Məşhur yazıçının əsərləri ilk dəfə Azərbaycan dilində

Müasir Azərbaycan ədəbiyyatının ən tanınmış simalarından biri, yazıçı Elçin Səfərlinin əsərləri Azərbaycan dilində "TEAS Press” Nəşriyyat Evində nəşr olunacaq. Əsərlərini rus dilində qələmə alan Elçin Səfərli kitabları postsovet məkanı ölkələrində və Türkiyədə ən çox satılan yazıçılardandır. O, müasir Azərbaycan ədəbiyyatını dünyada uğurla təmsil edən qələm sahiblərindən biridir.
 
"TEAS Press” Nəşriyyat Evi uzun müddətdir ki, ölkədən kənarda yaşayan məşhur azərbaycanlı yazıçının kitablarının Azərbaycan dilində nəşri missiyasını üzərinə götürməklə ədəbiyyatımıza böyük töhfə verəcəyini düşünür.
 
Elçin Səfərli əsərlərinin yaxınlarda Azərbaycan dilində çap olunacağından fəxr etdiyini bildirib: "Bu mənim çoxdankı arzum idi. Digər sevindirici məsələ kitablarımın "TEAS Press” Nəşriyyat Evi tərəfindən çap edilməsidir. Bu peşəkar komanda ilə bu yaxınlarda tanış olmuşam və bundan çox məmnunam. Arzuma çatdım. Arzulara siz də inanın, sizə inanmayanlara qulaq asmayın və nə qədər çətin də olsa, öz yolunuzla getməkdə davam edin. Sizi daha da həvəsləndirən və arzularınızı reallaşdıra biləcək birinə mütləq rast gələcəksiniz. İyunun əvvəlində görüşənədək, sevimli oxucum !”
 
Elçin Səfərli 2008-ci ildən yaradıcılığa başlayıb, bu günə kimi xaricdə 15-dən çox kitabı böyük tirajla çap edilib. "Bosforun şirin duzu” adlı ilk kitabı ona böyük şöhrət qazandırıb.
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176