AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elçin Quliyev və Kəmaləddin Heydərov Rusiyadan gələrək karantinə alınmış vətəndaşlarla görüşüblər

Elçin Quliyev və Kəmaləddin Heydərov Rusiyadan gələrək karantinə alınmış vətəndaşlarla görüşüblər

Cəmiyyət
29 Mart 2020, 17:22 386
Martın 29-da Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidməti­nin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kamaləddin Heydərov Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin təd­birlə­rinə cəlb olun­muş vətəndaşlarla görüşmək məqsədilə hə­min əra­zidə olub.
Dövlət Sərhəd Xidməti­ndən Trend-ə verilən məlumata görə, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş za­­­manı Prezident İlham Əli­ye­vin rəhbərliyi al­tın­da ko­ronavirus infeksiyasının yayılmasına qarşı mü­ba­rizə məqsədilə həyata keçiri­lən qabaqlayıcı tədbirlər haq­­­qında geniş məlumat verilib, əhalinin sağlamlığının qorun­ması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tə­ləb­lərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.
Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma və­­ziy­yətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqla­nıl­ıb, xahiş və mü­ra­ciətləri dinlənilib, qaldırılan mə­sələlərin qısa müddətdə öz həllini tapması üçün təd­birlər görül­üb.
Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrıl­mış yer­lə­r və ora­dakı şərait öyrənilib, vətəndaşların və şəx­si heyətin təhlü­kə­siz­­liyinin təmin edilməsi və sağlamlıqlarının qorun­ması üçün gö­rül­müş işlər nəzərdən keçirilib, zəruri göstə­rişlər veril­ib.
Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim təd­bir­­­ləri­nin təşkili və­ziy­yəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təx­liyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyə­tin yük­sək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə ai­diy­yəti dövlət or­qan­larının əməkdaşlığının daha da təkmilləş­diril­məsi üzrə müvafiq tapşırıqlar ve­ril­­ib.