• cümə, 29 Mart, 16:04
  • Baku Bakı 14°C

Elçin Quliyev cənubluları qəbul edəcək

13.05.14 13:16 1613
Elçin Quliyev cənubluları qəbul edəcək
DSX-nin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, may ayının 22-də saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant E.Quliyev tərəfindən Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərinin qəbulu keçiriləcək.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları mayın 20-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
banner

Oxşar Xəbərlər