• cümə axşamı, 28 mart, 21:03
  • Baku Bakı 13°C

Elçin Əmirbəyov: Əgər seçilərsə, Bakı ümümdünya “Ekspo” sərgiləri üçün yeni təyinat nöqtəsi olacaq

08.02.18 10:50 1011
Elçin Əmirbəyov: Əgər seçilərsə, Bakı ümümdünya “Ekspo” sərgiləri üçün yeni təyinat nöqtəsi olacaq
Bu gün BMT-nin Nyu Yorkdakı baş qərargahında Ümumdünya sərgisi Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupu tərəfindən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi ilə birlikdə Ekspo 2025 Bakı layihəsinin BMT üzv dövlətlərinə təqdimatı keçirilib.
Trend-ə Ekspo 2025 Bakı Əməliyyat Katibliyindən verilən məlumata səasən, təqdimata dünyanın 120-ə yaxın ölkəsindən nümayəndələr təşrif buyurmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı Baş Qərargahında Azərbaycan Respublikasının daimi nümayəndəsi səfir Yaşar Əliyev giriş sözü ilə çıxış edərək, Azərbaycan tərəfinin dəvətini qəbul edib tədbirə toplaşan həmkarları salamlayaraq BMT-nin ən çox sayda dünya ölkələrini bir araya gətirən müstəsna platforma olduğunu bildirərək, Azərbaycanın bu gün "Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək məqsədilə bu vacib imkandan istifadə etdiyini vurğuladı.
Daha sonra təqdimata başlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosunda (BSB) nümayəndə heyətinin rəhbəri səfir Elçin Əmirbəyov Bakının "Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyinə namizəd olması təklifinin arxasında dayanan səbəbləri ətraflı şəkildə təqdim etdi. O, Bakının təklif etdiyi mövzunu – "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” və Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan təhsil, səhiyyə və məşğulluq alt-mövzularını təfərrüatla izah etdi. Təqdimatdan sonra BMT üzv-dövlətlərinin nümayəndələri Azərbaycanın zəngin tarixi və mədəniyyətini, onun iri-miqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsini, ölkəmizin Avropa və Asiya arasında körpü rolunu oynadığını, beynəlxalq multikulturalizm mərkəzi kimi tanındığını, Bakının gözəlliyini və ilk dəfə olaraq "Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün üstünlüklərini əks etdirən videofilmi izlədilər.
Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupunun rəhbəri BMT üzv-dövlətlərini Bakının "Ekspo 2025” sərgisinə ev sahibliyi üçün irəli sürülmüş namizədliyinə müsbət yanaşmağa və 2018-ci ilin noyabr ayında Parisdə BSB-nin Baş Assambleyası sesiyasında keçiriləcək səçkilərdə Azərbaycanın lehinə səs verməyə dəvət etdi.
Tədbir haqqında danışarkən, E.Əmirbəyov qeyd etdi:
"Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etməklə Bakı dünya birliyinə cəmiyyətin və bəşəriyyətin gələcəyini araşdırmaq, bütün dövlətlərə BMT Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün səfərbər olmaq və bu gün planetimizin qarşısında dayanan qlobal təhdidlərin bəzilərini səmərəli şəkildə həll etmək imkanı verəcək. "Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi edəcək ən gənc dövlət kimi Azərbaycan dünya ölkələrini təhsilə, səhiyyəyə və məşğulluğa sərmayə yatırmaq yolu ilə qlobal səviyyədə insan kapitalının inkişaf etdirilməsi üçün yollar tapmağa çağıracaq. Əgər seçilərsə, Bakı ümümdünya "Ekspo” sərgiləri üçün yeni məkan, yeni təyinat nöqtəsi olacaq və heç zaman "Ekspo” sərgilərinə ev sahibliyi etməmiş ölkələri ilhamlandıracaq. Biz dünən BMT-nin Baş Qərargahında çox sayda ölkələrin nümayəndələrini görməkdən şərəf hissi duyduq. Biz Bakının Ekspo 2025-lə bağlı baxışlarını təqdim etməkdən məmnunluq hissi keçirdik. "Ekspo 2025” sərgisinin Bakıda keçirilməsi ilə bağlı layihəmizi təqdim etmək və 2017-ci ilin sentyabr ayında BSB-nin Parisdəki Baş Qərargahında Bakının Ekspo 2025 təklifinin rəsmı təqdim olunmasından sonra keçən dövr ərzində əldə edilmiş irəliləyiş barədə BMT üzv-dövlətlərinə məlumat vermək imkanından məmnun olduq”.
"Ümumdünya Ekspo 2025” sərgisinə Bakının ev sahibliyi ilə bağlı daha təfərratlı məlumat almaq üçün bura baş vurun:www.bakuexpo2025.com
banner

Oxşar Xəbərlər