• çərşənbə axşamı, 16 aprel, 12:13
  • Baku Bakı 19°C

Elçibəyi kim daha çox «sevirdi»: Rauf Arifoğlu, yoxsa Qənimət Zahid?

22.01.14 09:10 1844
Elçibəyi kim daha çox «sevirdi»: Rauf Arifoğlu, yoxsa Qənimət Zahid?
Son günlər AXCP ilə Müsavat arasında dava-dalaş yenidən qızışıb. Müsavatın Milli Şuradan getməsindən sonra iki partiya arasında dava-dalaş, umu-küsü yenidən alovlanıb. Cəbhəçilər Müsavatı xəyanətdə ittiham edir, müsavatçıların da özlərinə məxsus arqumentləri var. Son günlərin polemikaları isə əsasən kimin Elçibəyi daha çox seçməsi, kimin Elçibəyə daha çox problem yaratması üzərində qurulub. «Azadlıq» qəzeti Müsavatın və konkret olaraq «Yeni Müsavat»ın baş redaktoru Rauf Arifoğlunun Elçibəyə etdiyi pisliklərdən yazrı, «Yeni Müsavat» qəzeti isə cəbhəçiləri, «Yurd»un liderlərini milli azadlıq hərəkatının mərhum liderinə qarşı etdiklərini ictimailəşdirməyə çalışır. Mübahisələr artıq sivil polemika halından çıxıb qarşılıqlı təhqirlərlə müşahidə edilir. Bu mübarizədə «Yeni Müsavat»ın baş redaktoru Rauf Arifoğlu və «Azadlıq» qəzetinin hazırda Fransada yaşayan baş redaktoru Qənimət Zahid xüsusi fəallıq göstərirlər.
Hər iki tərəf Elçibəyi daha çox sevdiyini əsaslandırmağa çalışır. Məsələn, Rauf Arifoğlu iddia edir ki, vaxtilə Elçbəyin yaratdığı gizli təşkilatın üzvü olub və onun tapşırıqlarını yerinə yetirib. «Azadlıq»ın baş redaktoru Qənimət Zahid də bir neçə gündür qələməni itiləyib Müsavatın Elçibəy, müxalifətə etdiyi pislikləri sadalamaqla məşğuldur.
Amma faktlara partiya maraqları olmadan müstəqil prizmadan yanaşmadan aydın şəkildə görünür ki, deyilənlərin və yazılanların heç biri həqiqət deyil. Yaxın tarixə qısaca ekskurs edəndə həm Rauf Arifoğlu, həm də Qənimət Zahid yaxın keçmişimizdə heç vaxt Elçbəyçi olmayıblar.
Qəhrəmanlarımızdan biri Rauf Arifoğlu ictimai-siyasi müstəvidə peyda olandan İsa Qəmbərin tərəfdarı kimi tanınıb. O, müxalifət daxilindəki siyasi proseslərdə həmişə İsa Qəmbəri ön sırada görməyə çalışıb. Karyerası ərzində heç vaxt Əbülfəz Elçibəyi lider kimi görməyib. Hətta 1998-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində İsa Qəmbərin Elçibəyin vahid namizədliyini dəstəkləməsinin əleyhinə çıxıb. Bununla bağlı xeyli yazıları da olub. Həmin vaxtlarda Rauf Arifoğlu Elçibəyi açıq şəkildə təhdid edib ki, əgər Müsavat başqanının xeyrinə namizədliyini geri götürməsə müxalifət düşərgəsində ictimai-siyasi sabitlik pozulacaq. Həmin illər Rauf Arifoğlunun rəhbərlik etdiyi "Yeni Müsavat" qəzeti sırf anti-Elçibəy xətti yürüdüb. Bəyə ünvanlamış qeyri-dəqiqə informasiyalar o qədər çox olub ki, o, uzun müddət bu çamurlara görə Elçibəy embarqo qoyub, ora müsahibə verməkdən belə imtina edib.
Bundan sonrakı dövrdə cəbhə daxilində «yurdçular»la «klassiklər»in mübarizəsi alovlananda da Rauf Arifoğlu Elçibəyçi mövqedən çıxış etməyib. O, uzun müddət bu mübarizəni qızışdırmaq mövqeyindən çıxış edib. Mübarizənin son mərhələsində Elçibəyin «klassiklər»i müdafiə etdiyini bilə-bilə «yurdçu»larla daha yaxın olmağa çalışıb. Hətta AXCP parçalanandan sonra Müsavatın cəbhə kimi Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi dəstəni cəbhə kimi tanımasına etiraz edərək Əli Kərimlinin dəstəsinin əsl cəbhə olduğunu əsaslandırmağa çalışıb. Bu müddət ərzində Rauf Arifoğlunun sistematik olaraq Əbülfəz Elçibəyi öydüyü, onun tapşırıqları ilə hərəkət etdiyini iddia etmək absurd görünür. Bu baxımdan onun indiki Elçibəy sevgisinin nə qədər səmimi olduğunu aydınlaşdırmaq çətin deyil.
Bu baxımdan «Azadlıq»ın baş redaktoru Qənimət Zahid də ondan geri qalmır. Uzun müddət cəbhənin aparıcı şəxslərindən olan bu şəxs heç vaxt Elçibəyə qarşı çıxın «Yurd» birliyinin funksioneri olduğunu gözlətməyib. Qəzetçilik fəaliyyətində də daim Əli Kərimlinin mövqeyindən çıxış edib. Məhz onun baş redaktorluğu dövründə «Azadlıq» qəzeti Elçibəyin əlindən çıxaraq «Yurd»a xidmət etməyə başlayıb. Məhz onun baş redaktorluğu dövründə Elçibəy öz qəzetində - «Azadlıq»ın səhifələrində tənqid obyektinə çevrilib.
Başqa yurdçular kimi Qənimət Zahid də heç vaxt Əbülfəz Elçibəyi alternativsiz lider kimi qəbul etməyib. O, yaxın və uzaq ətrafının yanında həmişə liderinin Elçibəy deyil, Əli Kərimli olduğunu açıq şəkildə ifadə edib.
Bu azmış kimi Qənimət Zahid hətta bəzi məqamlarda Bəyi lağ obyektinə çevirməkdən də çəkinməyib. O uzun müddət Əbülfəz Elçibəyi ciddi qəbul etməyən simalarla dostluq edib. Digər qəzetlərdə «Yurd»a bağlı yazarların AXCP sədri haqqında qələmə aldığı təhqiramiz yazılara qarşı heç vaxt öz etiraz səsini ucaltmayıb. Hətta bu yazılarla bağlı müxalifət düşərgəsində ümumi mənfi rəy formalaşanda belə səssizliyə çəkilib. Qənimət Zahid yazılarında zaman-zaman Əbülfəz Elçibəyin yürütdüyü siyasəti tənqid edib, onu «klassikləri» həddindən artıq müdafiə etməkdə günahlandırıb. Onun yazılarında bəyin müxtəlif məsələlərlə bağlı atdığı addımlarına etirazları da görmək mümkündür.
Bu gün isə o, özünü Elçibəyçi kimi təqdim etməyə çalışır. Sizcə belə bir keçmişi olan şəxsin bu cür iddiada olması nə dərəcədə doğrudur. Əlbəttə «utanmasan oynmağa nə var ki» məntiqi ilə yanaşsaq, həm Rafu Arifoğlunun, həm də Qənimət Zahidin niyyətlərini başa düşmək olar. Amma onlar bir şeyi unudurlar ki, bütün bunlar çox da uzaq keçmişdə olmayıb. Bütün bunlar hamımızın gözü qarşısında baş verib. Özləri etiraf etməsə də siyasi ictimaiyyət həm Rauf Arifoğlunun, həm də Qənimət Zahidin Əbülfəz Elçibəyi necə «sevdiyi»ni yaxşı bilir.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər