• çərşənbə axşamı, 19 mart, 15:00
  • Baku Bakı 8°C

Elçibəyə qarşı trolluq edənlər yeni qiyafədə

23.09.19 15:03 588
Elçibəyə qarşı trolluq edənlər yeni qiyafədə
Məlum internet tv-lərdə, ayrı-ayrı sosial şəbəkə səhifələrində hakimiyyətin əleyhinə aparılan kampaniyalara cavab olaraq kim iqtidarı müdafiə edən mövqe sərgiləyirsə, şərh yazırsa dərhal həmin şəxslərə trol adı yapışdıraraq, onları gözdən salmaq cəhdləri edilir. Əksini yazanların isə müxalifəti dəstəkləyən sadə insanlar olduğu görüntüsü yaradılır.
Son günlər AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı "WhatsApp” qrupuna göndərdiyi səsyazısı isə əsl reallığı bir daha tam ortaya qoyub. Səsyazısı AXCP sədri Əli Kərimlinin trol şəbəkəsinə rəhbərlik etdiyini, həmin şəxslərin iş-gücünün hakimiyyətin əleyhinə şərhlər yazmaqla məşğul olmasını, Kərimliyə bəy tərifi yağdırmasını üzə çıxarır. Bu insanların adi vətəndaşlar olmaması, Kərimlinin trol şəbəkəsinin üzvləri olması danılmaz fakt kimi qarşımızda durur.
Əslində bu yenilik deyil. O baxımdan ki, Azərbaycanda trol şəbəkəsinin yaradıcısı elə Əli Kərimli olub. Ola bilsin ki, bu adamın öz liderinin sağlığında onun əleyhinə gizli şəkildə yazılar yazmaq və yazdırmaqla məşğul olması unudulub. Sadəcə o vaxt sosial şəbəkələr populyar deyildi. Həmin dövrdə qəzetlər daha çox oxunurdu. Gizli imzalarla Əbülfəz Elçibəyin əleyhinə yazıların məhz Kərimli tərəindən idarə olunduğu bildirilirdi. Yaddaşlardan silinməyib ki, AXCP daxilində Elçibəyin mövqeyini üstələyəcək bir mövqenin sahibi olmaq şansına yaxınlaşmaq, öz "Yurd”unu böyütmək üçün xüsusi mirzələr saxlayan, onlara aylıq verən şəxs Kərimli olub və bu deyilənlər dəfələrlə elə öz partiyadaşları tərəfindən ictimailəşib. Bu yazılarda Elçibəyə münasibətdə ifrata varılması, mənəvi-etik məsələləri çox kəskin şəkildə tapdalanması onun "xidmətləri” kimi yaddaşlara həkk olunub. Bu "xidmətlər” sırasında Əli Kərimlinin Xalq Cəbhəsində içərisində qeyri-leqal təşkilat yaradıb partiyanın zirvəsinə irəliləmək cəhdləri, müxalifətdə sirr qoymayıb, lazımı ünvanlara ötürmək, bununla da siyasi qüvvələrin planlarını pozmaq, başqa sözlə, məkr, hiylə, çirkin fənd yer alıb...
Bir sözlə Kərimli trolluğun qəzet variantını yaradan şəxs olub. İndi isə onu müasirləşdirib internetə transfer elətdirib...
Elman BABAYEV
banner

Oxşar Xəbərlər