• çərşənbə, 24 Aprel, 20:00
  • Baku Bakı 23°C

“Əlbəttə, bu mükafat mənə verilməli idi”

31.07.19 13:22 4862
“Əlbəttə, bu mükafat mənə verilməli idi”
İspaniyanın "Marca” nəşri "Yuventus”un futbolçusu Kriştiano Ronaldoya "Əfsanə” mükafatını verib.
Kaspi.az xəbər verir ki, Ronaldo bununla bağlı fikirlərini bildirib. O, bu mükafata layiq olduğunu deyib:
"Saxlamağa yer tapmaq çətin olsa da, mükafat almaq yaxşıdır. Heç bir mükafatdan imtina etmək olmaz. Dostlarıma həmişə belə deyirəm: "Mükafat mükafatdır”.
"Əfsanə” mükafatı çox vacibdir. Onun həqiqətən də əfsanələrə verirlər. Əlbəttə, bu mükafat mənə verilməli idi. "Real”da əldə etdiklərimdən sonra bu mükafatı aldığım üçün qürur duyuram.
"Marca”ya bu mükafata və onu Madriddə təqdim etdiyinə görə təşəkkür edirəm. Yenidən Madridə olduğum üçün xoşbəxtəm”.
banner

Oxşar Xəbərlər