• şənbə, 20 Aprel, 06:53
  • Baku Bakı 14°C

Elazığda 4,5 bal gücündə zəlzələ olub

01.02.20 11:45 741
Elazığda 4,5 bal gücündə zəlzələ olub
Türkiyənin Elazığ əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:32-də Sivricə rayonunda qeydə alınıb.
Yeraltı təkanların ocağı 6,97 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.
banner

Oxşar Xəbərlər