• cümə axşamı, 28 mart, 12:12
  • Baku Bakı 16°C

Əlahiddə Ümumqoşun Orduda komandirlərin toplantısı keçirilir

17.01.18 15:20 536
Əlahiddə Ümumqoşun Orduda komandirlərin toplantısı keçirilir
Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir.

MN-dənAPA-ya verilən məlumata görə, toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır.

Toplantı zamanı şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərinin tələblərini bilmələri üzrə məqbullar qəbul edilir.

Məşğələlər Təlim-Tədris Mərkəzində və "Naxçıvan” poliqonunda keçirilir.
banner

Oxşar Xəbərlər