• çərşənbə, 24 Aprel, 17:03
  • Baku Bakı 27°C

“El klasiko”da Ramosu qovan hakim olacaq

25.04.18 13:20 873
“El klasiko”da Ramosu qovan hakim olacaq
İspaniya çempionatının 36-cı turunda keçiriləcək "el klasiko”nu idarə edəcək hakim bəlli olub.
Kaspi.az xəbər verir ki, "Barselona” - "Real” qarşılaşmasına Alexandro Xose Ernandes təyinat alıb. Bu, 35 yaşlı referi üçün ikinci "el klasiko” olacaq.
O, ötən il keçirilən "el klasiko”nu da idarə edib. "Barsa”nın 3:2 hesabı ilə qalib gəldiyi həmin qarşılaşmada Ernandes "Real”ın kapitanı Serxio Ramosu meydandan qovmuşdu.
"El klasiko” mayın 6-da "Nou Kamp”da keçiriləcək.
banner

Oxşar Xəbərlər