• cümə, 19 Aprel, 22:48
  • Baku Bakı 24°C

“El klasiko” təxirə salınacaq?

17.10.19 13:15 404
“El klasiko” təxirə salınacaq?
İspaniya çempionatının 10-cu turunda keçiriləcək "el klasiko”nun vaxtı dəyişdirilə bilər.
Kaspi.az xəbər verir ki, hazırda Barselona”da etiraz aksiyaları keçirilir. Buna görə də federasiya rəsmiləri ilk "el klasiko”nun Madriddə keçirilməsini təklif ediblər.
Ancaq klublar bu təkliflə razılaşmayıblar. Amma federasiya və La Liqa rəhbərliyi də Barselonada ixtişaşalr olduğu halda belə bir qarşılaşmanın keçirilməsinin tərəfdarı deyillər.
Bunun üçün də oyunun vaxtının dəyişdirilməsi gündəmə gəlib. Məlumata görə, qarşılaşma oktyabrın 26-dan dekabrın 18-nə keçirilə bilər. Yekun qərarın oktyabrın 21-nə qədər veriləcəyi bildirilir.
banner

Oxşar Xəbərlər