AZE | RUS | ENG |

“Əl-Cəzirə” media şəbəkəsi Azərbaycandakı dini tolerantlıqdan bəhs edən məqalə yayıb

“Əl-Cəzirə” media şəbəkəsi Azərbaycandakı dini tolerantlıqdan bəhs edən məqalə yayıb
"Əl-Cəzirə” telekanalının ingilis dilindəki internet saytında Azərbaycanla bağlı növbəti məqalə yayılıb.
 
AZƏRTAC xəbər verir ki, müəllifi hazırda bu nüfuzlu media orqanında çalışan azərbaycanlı jurnalist Aysəba Umudlu olan məqalədə Azərbaycandakı dini tolerantlıqdan, burada İslam dininin yayılması tarixindən, ölkəmizin İslam mədəniyyətinin inkişafına töhfələrindən bəhs edilir.
 
Məqalədə dünyəvi respublika olan Azərbaycanda əhalinin 96 faizini müsəlmanların təşkil etdiyi diqqətə çatdırılır. Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də azadlığın təmin edildiyi, ölkə Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və s. asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabər olduğu vurğulanır.
 
Azərbaycanda milli mənəvi dəyərlərə, dinə dövlət qayğısı barədə söhbət açan müəllif sovet dövründə ölkəmizdə cəmi 18 məscidin olduğunu, müstəqilliyin bərpasından sonra isə məscidlərin sayının 2 mini keçdiyini qeyd edir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000