AZE | RUS | ENG |

“Əl-Cəzirə” Ermənistanın "ağ fosforlu" top mərmisindən istifadəsilə bağlı reportaj yayımlayıb

“Əl-Cəzirə” Ermənistanın
Qətərin "Əl-Cəzirə” telekanalı Ermənistanın qadağan olunmuş ağ fosforlu top mərmilələrindən istifadə etməsi ilə bağlı reportaj yayımlayıb.
"Eurasia Diary” xəbər verir ki, reportajda Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsilə bağlı gərginliyin hələ də səngimədiyi vurğulanıb.
Reportajda Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və ATƏT-in monitorinq qrupunun cəbhə bölgəsinə səfəri zamanı lentə alınmış kadrlardan istifadə edilib.
 "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülkü şəxslərinin yaşadığı qəsəbə və kəndlərini bombalaması iki münaqişə tərəfi arasında gərginliyi daha da artırıb. Azərbaycan tərəfi Ermənistan Silahı Qüvvələrini Azərbaycan ərazilərinə insanların ölümünə və yaralanmasına səbəb olan ağ fosforlu top mərmiləri atmaqda  ittiham edir”, deyə reportajda deyilir.
Materialda ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Vyanada keçirilən prezidentlərin görüşünə istinad edilərək, Rusiya, ABŞ və Fransanın vasitəçi qismində Azərbaycan və Ermənistan prezidentlərini münaqişə bölgəsi olan Dağlıq Qarabağda atəşkəsin gücləndirilməsi üçün razı salmağa çalışdığı bildirilir.
Qeyd edək ki, səfər zamanı 11 ölkədən 20-dək hərbi mütəxəssis Ermənistan ordusunun atdığı və beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerdə olublar. Azərbaycan tərəfi rəsmi olaraq bəyan edib ki, həmin mərminin istifadəsi qəbuledilməzdir və sənədləşdirilərək aidiyyəti üzrə bütün beynəlxalq təşkilatlara göndəriləcək.
Xatırladaq ki, aprelin sonunda təmas xəttində yaşanan gərginlik zamanı Ermənistan ordusunun Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atıblar. Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşüb.
Onu da əlavə edək ki, ağ fosforlu top mərmisi açıq havada alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir. Həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağandır.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056