Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb
Ekvatorial Qvineyanın şimal-qərbində, Atlantik Okeanının sahilində yerləşən Bata şəhərində 4 güclü partlayış baş verib.
APAReuters-ə istinadən xəbər verir ki, partlayışların səbəbi hələlik bəlli deyil.
Hadisə nəticəsində 20 nəfər ölüb, 300 nəfər yaralanıb. Ərazidəki evlərin damı dağılıb.