• cümə, 29 Mart, 02:08
  • Baku Bakı 7°C

"Ekstremizm və radikallıq meyllərinin qarşısını almaq üçün ardıcıl iş aparılır"

10.07.18 14:20 430
"Ekstremizm və radikallıq meyllərinin qarşısını almaq üçün ardıcıl iş aparılır"
"Son bir ildə Azərbaycanda xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb. On iki əcnəbi ekstremist şəxsDövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkədən çıxarılıb”.
APA-nın məlumatına görə, bunu "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib. O qeyd edib ki,Dövlət Sərhəd Xidmətiilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist ölkəyə qayıdarkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib: "Dövlət Təhlükəsizliyi Xidməti bu gün aidiyyəti orqanlarla birgə ölkədə ekstremizm və radikallıq meyllərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur”.
DTX rəsmisi bəyan edib ki, din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.
banner

Oxşar Xəbərlər