• çərşənbə axşamı, 23 aprel, 15:05
  • Baku Bakı 24°C

Ekstrasensdir? – Qoy Çumak kimi su doldursun

24.05.17 14:00 1354
Ekstrasensdir? – Qoy Çumak kimi su doldursun
Ukrayna futbolunun əfsanəsi Oleq Bloxin Çin klublarından təklif alması ilə bağlı yayılan məlumata münasibət bildirib.
Kaspi.az xəbər verir ki, bu məsələ ilə bağlı danışan agent Şandor Varqa Bloxinin səhhətində problemlərin olduğunu demişdi. Ukrayna yığmasının sabiq baş məşqçisi agentin açıqlamasına da münasibət bildirib:
"Çinlilər? İndi demək üçün heç nə yoxdur. Nə vaxt ki, məlumat olacaq, o vaxt da mütləq deyəcəyəm. Qoy Şandor öz işi ilə məşğul olsun. Mənim səhhətim barədə danışmaq onun işi deyil.
Şandoru artıq 3 ildir ki, görmürəm. Bəlkə o ekstrasensdir ki, mənim səhhətim barədə məlumata sahibdi? Əgər ekstrasensdirsə, qoy Çumak kimi su doldursun.
İşləmək həvəsim hələ də var. Variantlara gəldikdə isə... Mən düşünmək üçün qidaya sahibəm”.
banner

Oxşar Xəbərlər