• cümə axşamı, 25 aprel, 06:04
  • Baku Bakı 14°C

“Ekspert”lər insanlara həqiqi İslamdan başqa hər şeyi təlqin edirlər”

06.02.17 16:28 1197
“Ekspert”lər insanlara həqiqi İslamdan başqa hər şeyi təlqin edirlər”
Son günlər dini mühitdə "ekspertlər” tərəfindən insanları çaşdıran fikirlər səsləndirilir. Bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Məsələ ilə bağlı şərqşünas Seyid Camal Əzimbəyli münasibət bildirərək deyib ki, on illərdir bəzi "ekspert”lər və ya "ilahiyyatçı”lar insanlara həqiqi İslamdan başqa hər şeyi təlqin edirlər.
Onun sözlərinə görə, belə "ekspertlər” yanlış düşüncə ilə dini inanclı insanlara, bütövlükdə cəmiyyətə müsbət heç nə vermirlər:
"Çox təəssüf ki, Azərbaycanın dini mühitində inanca, mənəvi dəyərlərə, milli dövlətçiliyimizə heç bir halda zərrə qədər bağlılığı olmayan belə bir neçə "dini ekspert" lər illərdir ki, cəmiyyətə həyasızcasına "ilahiyyatçi" adi ilə sırınıblar. Amma bu gün onların meydandan çəkilməsinin vaxtı çatıb”.
banner

Oxşar Xəbərlər