AZE | RUS | ENG |

Ekspert: Radikal müxalifət partiyalarının bu vəziyyətə düşməsinə səbəb fəaliyyətsizlikləridir

Ekspert: Radikal müxalifət partiyalarının bu vəziyyətə düşməsinə səbəb fəaliyyətsizlikləridir
Bu gün radikal müxalifət düşərgəsində çox acınacaqlı vəziyyət yaranıb.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Yurddaş Partiyasının sədri, siyasi ekspert Mais Səfərli radikal müxalifət partiyaları arasında qeydə alınan parçalanma və qarşıdurmaya münasibət bildirərkən deyib.
M.Səfərli bildirib ki, onların bu vəziyyətə düşməsinin səbəbi əslində özlərinin fəaliyyətsizlikləri ilə bağlıdır:
"Radikal müaxilfət partiyaları uzun illərdir müxalifətdə olsalar da, heç bir nəticəyə nail olmayıblar. Onlar fəaliyyətsizlikləri nəticəsində belə vəziyyətə düşüblər. Bu illər ərzində normal fəaliyyət göstərə, ortaya nəticə qoya bilməyiblər. Ən əsası isə rəhbər şəxslər öz partiyaları daxilində demokratiyanı təmin edə bilməyiblər. Köhnə kommunist siyasəti üzərində yarandıqları gündən həmin formada da fəaliyyətlərini davam etdiriblər. Nəticədə aşağı təşkilatlarda da tərəfdarları qalmayıb, yalnız sədrin ətrafında 5-10 nəfər görüntü yaradır. Bunlar necə siyasi partiyadır ki, indiyə qədər bir dəfə də olsun normal tədbir keçirməyib, ortaya alternativ proqramlar qoymayıb, cəmiyyətə normal mesajlar verməyiblər".
O qeyd edib ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və Azərbaycandakı partiyalar da dövlətin ruhuna uyğun fəaliyyət göstərməlidir: "Nə qədər ki bu partiyalar islahat aparmırlar, yalnız bəyanatlar verib iqtidarın gördüyü böyük işlərin üzərinə kölgə salacaqlar, indiki nöqtədən uzağa gedə bilməyəcəklər. Əgər onlar normal fəaliyyət göstərmək istəyirlərsə, ilk növbədə, öz düşərgələrində islahatlar aparmalıdırlar".
Siyasi ekspert vurğulayıb ki, AXCP sədri Əli Kərimlinin özünü müxalifətin lideri elan etməsi isə düşünülmüş taktikadır: "Yeni tərəfdarlar cəlb eləmək üçün olduqca cazibədar fəaliyyət göstərmək, cəmiyyəti cəlb edən proqram və platformalar tərtib etmək lazımdır. Digər partiyaların hesabına öz ətrafına adam toplamaq ən asan yoldur. Bu partiyaların tərkibindəki insanlar təmsil olunduqları partiyada durğunluq olduğunu görüb başqa yerə keçmək istəyirlər. Əli Kərimlinin özünü müxalifət partiyalarının lideri elan etməsi də həmin şəxslərin Müsavat Partiyasını tərk etməsinə bir təkandır".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946