• cümə, 29 Mart, 16:46
  • Baku Bakı 14°C

Ekspert: İranın ticarətinin 70%-i qonşularla deyil

22.05.19 10:21 395
Ekspert: İranın ticarətinin 70%-i qonşularla deyil
İran qonşu ölkələrlə ticarətini inkişaf etdirə bilər. Lakin hazırda İranın ticarət dövriyyəsinin 70%-i qonşu ölkələrlə deyil.
Bunu iranlı ekspert Fərşid Baqirian Trend-ə özəl açıqlamasında deyib.
F.Baqirianın sözlərinə görə, bu məsələ İranın bu sahədə zəifliyinin olduğunu göstərir.
İqtisadçı əlavə edib ki, İranın qonşu ölkələrlə ticarətinin artmasında həll yollarından biri dəniz ticarətinin gücləndirilməsidir:
"İranın Fars körfəzinin ətrafındakı ölkələrlə ticarəti çox aşağı səviyyədədir. Çünki dəniz ticarəti sahəsində bir sıra təhlükəsizlik addımları atılmalıdır. Fars körfəzinə təhlükəsizlik aspektindən yanaşılır. Bu da dəniz ticarətinin inkişaf etməməsinə səbəb olub".
Ekspert qeyd edib ki, qonşu ölkələrin ticarət sahəsindəki ehtiyaclarının araşdırılması və bu istiqamətdə addımlar atılması ilə İran bu ölkələrlə ticarət dövriyyəsini artıra bilər:
"İran qonşu ölkələrə ixracını artırmaq üçün sərhəd vilayətlərdə istehsal müəssisələri yaratmalıdır. Çünki sərhəd vilayətlərdə qonşu ölkənin tələbatı və seçimlərini aydınlaşdırmaq daha asandır".
banner

Oxşar Xəbərlər