AZE | RUS | ENG |

İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür

İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür

İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti ilə bağlı fərziyyənin praktiki olaraq həyata keçirilməsi üçün əsas yoxdur.
Bunu Trend-ə Rusiya Elmlər Akademiyasının Y.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin eksperti Fərhad İbrahimov erməni KİV-in məlumatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, İrandan Ermənistan vasitəsilə Gürcüstana boru kəmərinin tikintisi layihəsinin reallaşdırılması çox böyük maliyyə vəsaiti tələb edir ki, İran tərəfi də bunu çətin ki öz üzərinə götürsün: "İranın belə böyük vəsait sərf edəcəyinə şübhə edirəm, çünki sanksiyalar səbəbindən indi rəsmi Tehran özü fəal şəkildə investisiya axtarır. Ermənistan və Gürcüstan isə belə böyük maliyyə imkanlarına malik deyil. Aydındır ki, Nikol Paşinyan Gürcüstanın Azərbaycandan qaz idxalını azaldacağına ümid edərək öz layihəsinə rəsmi Tbilisini cəlb etmək istəyir. Lakin bu məqamda bir neçə məsələ ortaya çıxır. Birincisi, Gürcüstan Azərbaycandan qaz tədarükünə çox bağlıdır və qazı kifayət qədər sərfəli şərtlərlə alır. Buna görə də çətin ki Tbilisi alternativ mənbələr axtarsın. Buna görə də əminliklə demək olar ki, İrandan Ermənistan vasitəsilə Gürcüstana qaz tədarükü haqqında təşəbbüslər elə söz yığını olaraq qalacaq".

Politoloq qeyd edib ki, indi Ermənistan qeyri-müəyyən vəziyyətdədir, bu da N.Paşinyanın apardığı xaotik xarici siyasətlə əlaqəlidir: "O, bir tərəfdən öz elektoratına göstərmək üçün Rusiya ilə münasibətləri yoluna qoymağa çalışır, digər tərəfdən isə məqsədə çatmaq üçün Qərb ölkələrinin dəstəyinə ümid edir. Lakin bu ona müyəssər olmayacaq, çünki bəyanat səsləndirməkdən başqa əməldə heç nə yoxdur. İndi Paşinyan daha aşağı qiymətlə qaz almaq ümidi ilə İrandan kömək istəyir. İranlılar isə cari iqtisadi şəraitdə aşağı qiymətə qaz satmaq istəmirlər".

F.İbrahimov əlavə edib ki, iqtisadi məsələləri müzakirə etməzdən əvvəl siyasi məqamlara da baxmaq lazımdır: "Tehranda Ermənistanda baş verən hadisələri, o cümlədən Paşinyanın bəyanatlarını diqqətlə izləyirlər. Sirr deyil ki, Ermənistanın baş naziri ətrafına Qərb yönümlü insanları yığıb. Və iranlıların düşüncəsində Paşinyan Qərb tərəfdarıdır, deməli, siyasi fiqur kimi o, etibarlı deyil. Ermənistanda İran yönümlü qüvvələr yoxdur və Yerevanla Tehran arasındakı razılaşmalar ilk imkanda itib batacaq".
Ekspertin fikrincə, bu fakt İran tərəfini qətiyyən qane etmir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965