• cümə, 29 Mart, 17:31
  • Baku Bakı 14°C

Ekspert: Ermənistandakı iqtisadi tənəzzül sosial partlayışa səbəb olacaq

13.02.18 21:19 466
Ekspert: Ermənistandakı iqtisadi tənəzzül sosial partlayışa səbəb olacaq
Ermənistandakı seçkilər faktiki olaraq "Qarabağ kartı”na köklənib. Separatçılara verdiyi müstəqillik sözündən dönə bilməyən və ya fiziki məhvə gətirib çıxara biləcək hadisələrdən qorxan prezident Serj Sarkisyan və onun komandası öz vətəndaşlarını düşünmür, status-kvonu saxlamaqla hakimiyyətini qoruyur. Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır və seçkilərə mənfi təsir göstərəcək.
Bu fikriləriAZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib. O bildirib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atmaması ölkəni faktiki olaraq iqtisadi tənəzzüllə üz-üzə qoyur. Bu vəziyyət isə erməni ictimaiyyətində sosial və siyasi narazılıq yaradır. Azərbaycan isə regionda sabitliyin qorunması üçün ikili və üçlü formatlara imza atıb.
Siyasi ekspert qeyd edib ki, Ermənistan regionda həyata keçirilən layihələrdən kənarda qalır. Bu ölkə regionda təhlükəsizliyi pozan güc kimi xarakterizə olunur. Yerevan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə razı olmalıdır. Əks halda, ölkədəki iqtisadi gərginlik erməni əhalisini səfalət məngənəsində sıxacaq.
Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan beynəlxalq miqyaslı böyük iqtisadi layihələrə müəlliflik edir və buna görə də super güclərlə eyni müstəvini bölüşür. Buna misal olaraq, Bakı-Tbilisi-Qars dəmir yolunu, TAP, TANAP layihələrini, Şimal-Cənub nəqliyyat dəhlizini və digər layihələri qeyd etmək olar. Təkcə "Əsrin müqaviləsi”nin müddətinin uzadılması Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada durmasından xəbər verir. Bu layihələrdə Ermənistandan başqa bütün region dövlətləri iştirak edir. Bu ölkənin layihələrdən kənarda qalması Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması ilə bağlıdır. Sosial-iqtisadi vəziyyətin gərginliyi də iğtişaşlara yol açır. Seçkilərin müddəti yaxınlaşdıqca bu gərginlik artacaq. Ermənistan başa düşməlidir ki, iqtisadi çətinliklər, vətəndaşların sosial rifahının durmadan aşağı düşməsi sosial partlayışa gətirib çıxaracaq.
banner

Oxşar Xəbərlər