• cümə, 29 Mart, 20:02
  • Baku Bakı 14°C

Ekspert: D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacibdir

20.10.17 14:45 3240
Ekspert: D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacibdir
İstanbulda keçirilən D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacib xarakter daşıyır.
Bunu Trend-ə türkiyəli xarici siyasət üzrə ekspert və "Beyaz Hareket” siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib.
Ekspert qeyd edib ki, D-8 sammitinin təşkili ölkənin keçmiş baş naziri Nəcməddin Ərbakanın fikri olub: "N.Ərbakandan sonra prezident Rəcəb Tayyib Ərdoğan D-8 ölkələri arasındakı münasibətlərin inkişafına böyük diqqət ayırıb”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak etmək İstanbula gəlib.
D-8 sammiti bu gün İstanbulda keçirilir. Sammitdə üzv-ölkələr Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edir.
banner

Oxşar Xəbərlər