AZE | RUS | ENG |

Ekspert: “Cənub Qaz Dəhlizi” Azərbaycanın dünyada rolunu gücləndirəcək

Ekspert: “Cənub Qaz Dəhlizi” Azərbaycanın dünyada rolunu gücləndirəcək
"Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verəcək və enerji ehtiyatlarının tədarükçüsü qismində ölkənin rolunu gücləndirəcək.
 
Bunu Trend-ə Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov deyib.
 
S.Bağırovun sözlərinə görə, layihənin Azərbaycan üçün əhəmiyyəti ilk növbədə qaz satışından gözlənilən gəlirlərdədir: "Yanacağın hasilatı və nəqli prosesi həmçinin ölkə vətəndaşlarının məşğulluğunun təmin olunması və iqtisadiyyatın real sektoruna, bank sisteminə və digər sahələrə müsbət effektlər baxımından vacibdir”.

İqtisadçı əlavə edib ki, layihə Azərbaycanın geosiyasi maraqları baxımından da əhəmiyyət daşıyır. Öz növbəsində, Gürcüstan və Türkiyə üçün də layihə tranzit gəlirlərinin və enerji təhlükəsizliyi səviyyəsinin artmasını ifadə edir.
 
Cənubi Avropa ölkələrinə gəldikdə isə, S.Bağırov vurğulayıb ki, onlar enerji ehtiyatlarının idxalının diversifikasiyasını, bununla da enerji təhlükəsizliyini təmin edəcəklər.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162