AZE | RUS | ENG |

Əkrəm Əylislinin ittiham olunduğu maddə dəyişdirildi

Əkrəm Əylislinin ittiham olunduğu maddə dəyişdirildi
İş prokurorluğa göndərildi

Bu gün yazıçı Əkrəm Əylisli istintaqa çağırılıb. Trend-in xəbərinə görə, bu barədə Ə.Əylislinin vəkili Elçin Sadıqov məlumat yayıb.
Vəkil bildirib ki, o yazıçı ilə birlikdə Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub: "Əkrəm Əylisliyə qarşı CM-nin 221.1-ci maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi".

Qeyd edək ki, Ə.Əylisli barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Yazıçı 30 mart 2016-cı il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurmaqda təqsirləndirilib.

Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi yazıçının başqa yerə getməməsi barədə iltizam qətimkan tədbiri seçib və hazırda istintaq aparılır.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946