• cümə, 26 Aprel, 11:08
  • Baku Bakı 12°C

Əkrəm Abdullayev: Azərbaycanın seçki qanunvericiliyi dünyada öz demokratikliyi ilə seçilir

22.03.18 15:00 1298
Əkrəm Abdullayev: Azərbaycanın seçki qanunvericiliyi dünyada öz demokratikliyi ilə seçilir
Seçkilərin demokratik keçirilməsi üçün bir neçə amil lazımdır ki, onlardan birincisi mükəmməl seçki qanunvericiliyinin formalaşmasıdır. Azərbaycanda seçki qanunvericiliyi artıq uzun müddətdir qəbul edilib. Lakin seçkilər canlı və davamlı bir mexanizm olduğundan mütəmadi olaraq Seçki Məcəlləsi də təkmilləşdirilir. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında "Dünya Türk Gəncləri Birliyi”nin sədri Əkrəm Abdullayev bildirib.
O qeyd edib ki, Azərbaycanın seçki qanunvericiliyi çox mütərəqqidir və dünyada öz demokratikliyi ilə seçilir: "Bunu beynəlxalq müşahidəçilər, ekspertlər də dəfələrlə qeyd ediblər. Bundan əlavə, seçkiləri keçirmək üçün maddi-texniki baza da var. MSK-nın bütün resursları ən yüksək səviyyədə təşkil olunub. Bu qurum öz üzərinə düşən vəzifələri lazımınca yerinə yetirib”.
Təşkilat sədri deyib ki, əsas vəzifə seçicilərin üzərinə düşür: "Seçicilərin maarifləndirilməsi işi uğurla icra edilir. Seçici kontingentinə ilk dəfə səs verən gənclər də əlavə olunur. Bu baxımdan seçkilərdə aktiv iştirak etmək üçün hər zaman maarifləndirməyə ehtiyac var. Artıq Azərbaycanda seçki mədəniyyəti formalaşıb”.
"Azərbaycanda seçkilərin şəffaf keçirilməsinin əsas göstəricilərindən biri də səsvermə məntəqələrində veb-kameraların quraşdırılmasıdır. Seçkiləri beynəlxalq müşahidəçilər maraqla izləyirlər. Ancaq bu gün dünyanın istənilən yerindən məntəqələrdə gedən səsvermə prosesini canlı izləmək mümkündür. Düşünürəm ki, xalqımız bu seçkilərdə də fəallıq nümayiş etdirəcək və 2018-ci il Azərbaycanın uğurlarının yeni mərhələsinin başlanğıcı kimi tarixə düşəcək”, - deyə QHT sədri əlavə edib.
banner

Oxşar Xəbərlər