• cümə, 26 Aprel, 15:44
  • Baku Bakı 23°C

Ekodan sevənlərinə son hədiyyə

29.02.16 09:48 1233
Ekodan sevənlərinə son hədiyyə
Fevralın 19-da əbədiyyətə qovuşaraq, dünya ədəbiyyatında dərin itki ilə üz-üzə qoyan görkəmli yazıçı Umberto Ekonun son kitabı işıq üzü görməyə hazırdır. “Guardian”-dan yayılan xəbərə görə, cari ilin may ayına planlaşdırılmış əsərin nəşr tarixi daha əvvələ çəkilib. “Pape Satan Aleppe: Likvid cəmiyyətin salnaməsi” adlı əsərin nəşri müəllifin ölümü səbəbi ilə yaxın günlərdə nəşr olunacaq. Mərhum yazarın naşiri “La Nave di Teseo”dan mətbuata verilən açıqlamada bildirilib ki, orijinal dilində - italyanca işıq üzü görəcək kitabda Ekonun 2000-ci ildən bəri İtaliyada dərc olunan “L’Espresso” həftəlik dərgisində yayımlanmış esseləri yer alıb. Məlumat üçün bildirək ki, Eko özü bu nəşriyyatın nəzdindəki fonda 2 milyon avro məbləğində birdəfəlik yardım edib. Nəşriyyatın nümayəndəsi Elisabetta Sqarbi kitab haqqında “La Repubblica”ya verdiyi məlumatda deyib: “Olduqca ironik mətnlər var, Ekonun özü kimi utandıran esselər...”. Ekonu da xatırlayan Sqarbi onu “yorulmaz işçi” kimi təqdim edib: “Mən sadəcə inana bilmirəm ki, o hardasa uzaq zamanlarda qalacaq, artıq gəlməyəcək bir zamana aiddir, keçmişdədir... “Via Jacini”yə - evimizə hələ ki, getməmişəm. İçimdə elə bir hiss var ki, ora gedib onu yenə görəcəyəm. Həmin gün onun kitabı üçün Alamoya aid bir rəsm əsəri tapmışdım, düşündüm ki, görüşüb, məsləhətləşər, sonra birlikdə naşirlə danışarıq. Cəmi bir neçə dəqiqə sonra əsəri tamamilə silməli oldum...”
Ədibin ingilis dilli nəşrlərindən məsul “HarvillSecker” nəşriyyatı isə sözügedən əsərin inglis dili versiyasının nə vaxt üzü görəcəyi ilə bağlı sualları cavabsız qoyub.
1980-ci illərdə böyü səs-küy yaratmış və müəllifinə dünya şöhrəti qazandırmış “Qızılgülün adı” (“The name of the Rose”) əsəri ilə tanınan Umberto Eko yeddi romanın, üç uşaq ədəbiyyatı nümunəsinin və olduqca geniş esse və qeyri-bədii ədəbiyyat nümunələri kataloqunun müəllifidir.
banner

Oxşar Xəbərlər