• cümə axşamı, 28 mart, 16:28
  • Baku Bakı 16°C

Ekklstoun: Mən şadam ki, Azərbaycan və Rusiya Qran-prisi "Formula-1" təqvimində möhkəmləniblər

19.03.17 20:55 1216
Ekklstoun: Mən şadam ki, Azərbaycan və Rusiya Qran-prisi "Formula-1" təqvimində möhkəmləniblər
"Formula 1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının sabiq rəhbəri Berni Ekklstoun şaddır ki, turnirin təqvimi Rusiya və Azərbaycanda yarışlarla genişlənib.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "F1i.com" portalı məlumat yayıb.
"Mən Macarıstanda yarışları təşkil edəndə, bu, "dəmir pərdə" arxasında baş verirdi. Mənim bağladığım müqavilə və sövdələşmələr DTK ilə idi. Mən Avropa çərçivəsindən çıxmaq istəyirdim. Məhz buna görə də düşünürəm ki, yarışların Rusiyada, Bakıda və bir çox başqa yerlərdə keçirilməsi əladır", - Ekklstoun deyib.
Ekklstoun əlavə edib ki: "Əgər onlar avropalıların ödədiyi məbləği versəydilər, biz bu ölkələrə gedərdikmi? Mənim cavabım - bəli. Mən ümid edirəm ki, onlar bunu eşitməyəcəklər və düşünməyəcəklər ki, mən onları soymuşam! Təqvimdə yarışların cəmi 21 sahibi var və onların hamısı razılaşmadan razı görünür".
banner

Oxşar Xəbərlər