“Çəkicdöyənlər” maraqlanırlar, “Yuve” 40 milyon istəyir
"Yuventus”un hücumçusu Qonsalo
İquain karyerasını yenə də İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, İquainə "Vest Hem” maraq göstərir.
"Yuventus” futbolçunu buraxmaq üçün 40 milyon avro tələb edir.
Ancaq məlumat verilir ki, argentinalı futbolçu bu variantla
razılaşmır. O, karyerasını Çempionlar Liqasında çıxış edəcək komandada davam
etdirməyi planlaşdırır.
Bir müddət əvvəl isə məlumat yayılmışdı ki, İquain "Yuventus”u tərk
etməkdən imtina edib. O, ötən mövsümüm icarə əsasında "Çelsi”də keçirib.