• cümə axşamı, 25 aprel, 14:22
  • Baku Bakı 23°C

“Əjdahaların hamısı bizim qrupa düşüb”

24.02.14 08:18 1225
“Əjdahaların hamısı bizim qrupa düşüb”
- Sizcə, püşkatmanın nəticələri necədir?
- Bütün “əjdahalar” bizim qrupa düşüb (gülür). Çətin və bununla yanaşı, maraqlı qrupdur. Hazırlaşmaq və uğur qazanmağa cəhd etmək lazımdır. Bu futboldur, burada hər şey ola bilər. Bizim, mahiyyətcə, qruplar baxımından heç vaxt bəxtimiz gətirməyib. Əgər yaxşı hazırlaşsaq, bu halda, uğura nail ola bilərik.
- Bizim qrupu ən çətin qrup adlandırmaq olar?
- Tamailə. Əminəm ki, siz də belə düşünürsünüz. Rəqiblərin toplusu belədir...
- Belə halda biz nəyə ümid edə bilərik?
- Hər şey bizim əlimizdə və ayağımızdadır. Hər oyuna ayrıca yanaşmaq lazımdır.
- Hazırkı potensial nəyə ümid etməyə imkan verir?
- Biz daha çox işləməliyik ki, təsnifat mərhələsinə hazır olaq. Yalnız bu halda nəyəsə nail olmaq olar. Bizim qrupumuz asan deyil və rəqiblər yalnız kağız üzərində güclü deyillər. Meydanda da onlardan hər biri öz qabiliyyətini sübut edib. Biz hamımız bu təsnifatda uğura nail olmaq istəyirik.
- Yarışı hansı oyundan başlamaq istərdiniz?
- Fərqi yoxdur. Biz öz meydanımızda istənilən rəqibi məğlub edə biləcəyimizi dəfələrlə sübut etmişik. Səfərdə də xallar qazanmaq lazımdır. Bu təsnifatda biz bunu etməyə çalışacağıq.
- Yəqin ki, üçüncü yerin də qrupdan çıxmağa imkan verməsi həvəsləndirir?
- Təbii ki, bu bizim ümidlərimizi artırır.
- Sizcə, qrupda üçüncülük uğrunda kiminlə mübarizə etmək lazım gələcək?
- İtaliya, Xorvatiya və Norveç güclü komandalardır. Onlar favoritidir. Ancaq biz bacardığımız mümkün hər şeyi edəcəyik. Bu komandaların hər birindən xallar qoparmağa cəhd edəcəyik.
banner

Oxşar Xəbərlər