• çərşənbə axşamı, 16 aprel, 21:31
  • Baku Bakı 18°C

Ehtiyatda olan polkovnik: “Erməni tərəfi itkilərinin sayının azalmasını istəyirsə, təxribatlara son qoymalıdır”

19.01.17 13:30 860
Ehtiyatda olan polkovnik: “Erməni tərəfi itkilərinin sayının azalmasını istəyirsə, təxribatlara son qoymalıdır”
"Son günlər Ermənistan ordusunda itkilərin sayının artması erməni cəmiyyətində böyük əks-səda doğurub. Sosial şəbəkələrdə yazan ermənilər vahiməyə düşdüklərini gizlətmir, erməni rəhbərliyini günahlandırmaqdan çəkinmirlər. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, yanvar ayının əvvəlindən bu günədək məhv edilən erməni hərbi qulluqçularının sayı artıq 5 nəfəri keçib, xeyli yaralıları var”.
Bu sözləriAPA-ya açıqlamasında ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib. O bildirib ki, düşmən təxribatlarına və Azərbaycan ordusunun mövqelərinin atəşə tutulmasına qətiyyətlə və dərhal cavab verilir: "Şəhidimizin qisasının qısa zamanda, hətta artıqlaması ilə alınmasına hamımız şahid olduq. Çünki biz dəfələrlə xəbərdarlıq etmişik ki, əgər işğala son qoyulmazsa və təxribatlar davam etdirilərsə, düşmənə cavab daha sarsıdıcı olacaq. Erməni tərəfi itkilərinin sayının azalmasını istəyirsə, bu cür əməllərinə son qoymalıdır. Artıq hər kəs əmindir ki, Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməməkdə qətiyyətlidir. Bunu nəhayət, ermənilər də anlasalar, onlarının mənasız itkiləri də olmaz”.
banner

Oxşar Xəbərlər