AZE | RUS | ENG |

“Ehtiyat qüvvəmiz yoxdur”

“Ehtiyat qüvvəmiz yoxdur”
Qurban Qurbanov “Qarabağ”ın Topaz Premyer Liqasının arxada qalan 8 turundakı nəticələrini dəyərləndirib


“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının arxada qalan 8 turunu komandanız üçün necə xarakterizə edərdiz?
- Turnir cədvəlinə diqqət yetirsək, vəziyyət pis deyil. Hazırda ikinci pillədə qərarlaşmışıq. Amma planlarımıza görə xalımız çox olmalıydı. AZAL-a böyük hesablı yenilgini nəzərə almasaq, “Turan”ı məğlub etdik, “Simurq” və “Kəpəz”lə xalları yarı böldük. Heç-heçə etsək də, komandamdan razı qaldım. Çünki oyun ərzində çoxsaylı qol imkanları yaratdıq. Sadəcə, istifadə edə bilmədik. Bu da texniki problemdir. Hazırda potensial rəqiblərimizin xallarına da diqqət yetirsək, çıxışımız pis deyil.
- Bəzi görüşləri qeyd etdiniz. Hansı ki, ikinci “altılıq”da yer alan “Rəvan”, “Kəpəz” kimi komandalarla oyunlarda xallar itirdiniz. Çempionluğa iddialı “Qarabağ”ın bu cür gözlənilməz xallar itirməsi nə ilə bağlıdır?
- Onların heç biri asan yeniləcək komandalar deyil. Heç-heçə etməyimizə baxmayaraq, hər birindən üstün oyun göstərmişik. Qələbə qazana bilməsək də, xallarımızın üstünə xal gəlib. Ən azıdan oyun baxımından problem yoxdursa, deməli, növbəti matçda qələbə qazanacağıq. Yaratdığın 5-6 qol epizodunu boşa verirsənsə, sonda nəticə ilə barışmalısan.
- “Qarabağ” hazırda tam gücü ilə çıxış edə bilirmi?
- Futbolçunun formasını tam yığması üçün zamana hər zaman ehtiyac var. Sadəcə, çempionatda fasilələr çox olur. Komanda öz oyununu tapan zaman da yığmanın oyunları ilə bağlı fasilə yaranır. Belədə yenidən bizə vaxt lazım olur. Hal-hazırda futbolçuların durumu pis deyil. Hər dəfə komandamdan razı qalmıram. Amma son iki matçda heç-heçə etsək də, onlardan razı qaldım.
- AZAL-la oyundan sonra Əfran İsmayılov, Vaqif Cavadov, Vüqar Nadirov kimi aparıcı oyunçulardan narazı qaldığınızı demişdiniz. Rauf Əliyevin də məhsuldarlığı çox aşağıdır. Həmin futbolçularda geriləmə nə ilə bağlıdır?
- Açığı, bu mənim üçün də problemdir. Bir məşqçi kimi bunu içəridə görürəm. Həmin oyundan sonra hər bir futbolçumuz daha da məsuliyyətli olub. Rauf son turlar yaxşı oynayıb. Qol vurmasa da, meydanda çox iş görür. Ola bilsin, həmin vaxt evdə və ya hardasa problem olub, ona görə zəif təsir bağışlayıblar. İndi hər şey yaxşıdır.
- Əfran İsmayılov zədəlidir. Rəşad Sadıqovun durumu isə bilinmir. Bu zədələr “Qarabağ”a necə təsir edəcək?
- Rəşadın durumu sual altındadır. Onlar məşq etdikdən sonra hər şeyə aydınlıq gətiriləcək.
- Əfran son vaxtlarda tez-tez zədələnir. Səbəb nədir?
- Ola bilsin, müalicə kursu zamanı özü də səhlənkar yanaşsın. Çünki onda səhlənkarlıq var. Gündən-günə sürət artır, mübarizə çoxalır. Üstəlik, süni örtükdən təbii qazona keçmək mütləq təsir edir.
- Ötən dəfə klubun direktoru Əmrah Çelikəl futbolçuların yığmadan döndükdən sonra yorğun olduqlarını deyib. Bu dəfə necə, bunun qarşısını almaq üçün ehtiyat heyət hazırlamısınız?
- Ehtiyat qüvvə əsasən cavanlardır. İkinci heyətimiz yoxdur. Bu hər bir komandanın başına gələn haldır. Bununla belə, ehtiyat variant hazırlamalıyıq. İki-üç gün vaxtımız qalsa, bunu etməliyik.
- Bəs yığmamızın cari seçmə mərhələ çərçivəsində keçirdiyi iki matçı necə dəyərləndirirsiz? Üçüncü yeri tutmaq mümkündürmü?
- Hər zaman yuxarı yerlər haqda düşünmək lazımdır. Amma reallığı da unutmaq olmaz. Rəqiblərimizdən evdəki oyunlarımızda maksimum xal almağa çalışmalıyıq. Çünki azarkeş dəstəyi, futbolçuların psixoloji hazırlanması daha yaxşı olur. Hər bir rəqibə qarşı oynamaq olar. Portuqaliya, Rusiya daha ciddi komandalar hesab edilir. Amma digər komandalarla görüşdə daha yaxşı nəticələr əldə etmək olar.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301