• cümə, 29 Mart, 18:15
  • Baku Bakı 14°C

Əhmədinejadı məhkəmə ilə hədələdilər

05.06.13 08:48 1473
Əhmədinejadı məhkəmə ilə hədələdilər
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, buna səbəb Mahmud Əhmədinejadın ötən il ABŞ-ın Nyu-York şəhərində keçirilmiş BMT Baş Assambleyasının yığıncağına özü ilə bərabər 125 nəfəri aparması və bunun da ölkə üçün xeyli vəsait hesabına başa gəlməsidir.
Məsələyə sərt şəkildə etirazlarını bildirən əksər millət vəkilləri ölkənin beynəlxalq sanksiyalara məruz qaldığı, valyuta qıtlığı çəkdiyi, inflyasiyanın yüksək olduğu və xalqın sıxıntı içərisində yaşadığı bir vaxtda belə bir addımın atılmasının düzgün olmadığını vurğulayıblar. Bu baxımdan millət vəkilləri İran prezidentindən özü ilə bu qədər adamı Nyu-Yorka aparmasına aydınlıq gətirməsini istəyiblər.
Əks təqdirdə onlar M. Əhmədinejadı məhkəməyə verəcəkləri ilə hədələyiblər.
banner

Oxşar Xəbərlər