AZE | RUS | ENG |

Əhmədinejadı məhkəmə ilə hədələdilər

Əhmədinejadı məhkəmə ilə hədələdilər
İranda prezidentlə parlament arasında növbəti dəfə problem yaranıb


APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, buna səbəb Mahmud Əhmədinejadın ötən il ABŞ-ın Nyu-York şəhərində keçirilmiş BMT Baş Assambleyasının yığıncağına özü ilə bərabər 125 nəfəri aparması və bunun da ölkə üçün xeyli vəsait hesabına başa gəlməsidir. Məsələyə sərt şəkildə etirazlarını bildirən əksər millət vəkilləri ölkənin beynəlxalq sanksiyalara məruz qaldığı, valyuta qıtlığı çəkdiyi, inflyasiyanın yüksək olduğu və xalqın sıxıntı içərisində yaşadığı bir vaxtda belə bir addımın atılmasının düzgün olmadığını vurğulayıblar. Bu baxımdan millət vəkilləri İran prezidentindən özü ilə bu qədər adamı Nyu-Yorka aparmasına aydınlıq gətirməsini istəyiblər. Əks təqdirdə onlar M. Əhmədinejadı məhkəməyə verəcəkləri ilə hədələyiblər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311