• cümə, 29 Mart, 02:25
  • Baku Bakı 7°C

Əhməd Türkiyəyə gəlməyəcək, kiminsə zarafatıdı

07.01.18 10:20 787
Əhməd Türkiyəyə gəlməyəcək, kiminsə zarafatıdı
"Lester”in hücumçusu Əhməd Musanın karyerasını Türkiyədə davam etdirəcəyi ilə bağlı məlumat yayılmışdı.
Kaspi.az xəbər verir ki, Əhmədin "Bursaspor”a keçəcəyi bildirilirdi. Futbolçunun agenti Toni Harris məsələ ilə bağlı açıqlama verib. O, Türkiyə klublarından təklif alsalar da, Əhmədin İngiltərəni tərk etmək niyyətinin olmadığını bildirib:
"Həqiqətən də bizə Türkiyənin 3 top-klubu müraciət edib. Ancaq Musa indi ora getmək niyyətində deyil. Böyük ehtimalla, o, İngiltərədə qalacaq.
Biz "Bursaspor” xəbərindən çox təəccübləndik. Bu məlumatın hardan qaynaqlandığını bilmirik. Bu, kiminsə zarafatıdı. Əmin edirəm, Əhməd "Bursaspor”a keçməyəcək”.
banner

Oxşar Xəbərlər