• cümə axşamı, 28 mart, 18:19
  • Baku Bakı 13°C

Əhməd Sami Elaydi AMEA Naxçıvan Bölməsində olub - Fotolar

03.11.16 14:41 1318
Əhməd Sami Elaydi AMEA Naxçıvan Bölməsində olub - Fotolar
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi AMEA Naxçıvan Bölməsində olub. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Kaspi”yə bildirilib ki, qonağı AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli salamlayıb.

Görüş zamanı qonağa AMEA Naxçıvan Bölməsinin еlmi və еlmi-təşkilati fəaliyyəti, elmi araşdırmalar, əldə olunan uğurlu nailiyyətlər, mühüm еlmi nəticələr barəsində ümumi məlumat verilib və Misir-Azərbaycan əlaqələrinin inkişafından söz açılıb.

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi öz növbəsində ölkələrimiz arasında günü-gündən genişlənən əlaqələrin çoxşaxəli olduğunu bildirərək, Misir-Naxçıvan mədəniyyət və təhsil sahəsindəki əlaqələrinin hazırkı vəziyyətindən danışıb.

Qonaq söhbət əsnasında ölkələr arasında qarşılıqlı əlaqələrin daha da güclənməsinin vacibliyini vurğulayaraq hər iki xalq üçün zəruri olan mədəni münasibətlərin genişlənməsində mərkəzlər arasında aparılacaq işlərdən bəhs edib.

Görüşdə Əhməd Sami Elaydiyə bölmə əməkdaşlarının bir neçə kitabı hədiyyə edilib, qonaq səmimi görüşə görə professor Fəxrəddin Səfərliyə öz minnətdarlığını bildirib.



banner

Oxşar Xəbərlər