• çərşənbə axşamı, 19 mart, 15:29
  • Baku Bakı 8°C

Əhalisindən çox kitabı olan şəhər

09.04.18 15:30 1625
Əhalisindən çox kitabı olan şəhər
Türkiyə Statistika Komitəsinin ilin ilk günlərindən başlatdığı hesablamaların "sosial və mədəni göstəriciləri” açıqlanıb. Hesablamalar nəticəsində çox maraqlı bir statistik göstərici əldə edilib. Belə ki, Sinop şəhərində 9 ildir yenidən fəaliyyətə verilmiş, ümumxalq kitabxanasında 62 min 162 adda kitabın olduğu açıqlanıb. Bu isə Türkiyənin "ən xoşbəxt insanlarının yaşadığı” şəhərin əhalisinin sayından 20 min çoxdur. 42254 nəfərin yaşadığı şəhərdə adıçəkilən kitabxanadan 2017-ci ildə 49 min insan istifadə edib. İstifadəçilər arasında Sinopun öz əhalisi 72% təşkil edir. Kitabxana müdiri Erol Akarslan verdiyi açıqlamada, istifadəçilərin ən çox arxiv materiallarına maraq göstərdiyini, yeni nəşr olunmuş kitabların ilk nüsxələri üçün müraciət etdiklərini deyib: "Türkiyənin başqa heç bir şəhərində kitabın sayı əhalinin sayından çox deyil. Sinopun əhalisi hər zaman kitaba, ədəbiyyata meylli olub. Hazırda kitabxananın 7 min daimi üzvü var. Yüksək maraq nəticəsində kitabxananın iş saatını 22:00-a kimi uzatmışıq. Hazırda bütün depomuz dolduğu üçün uşaq ədəbiyyatı bölməsinə lazımı diqqət ayıra bilmirik. Bu il üçün əsas məqsədimiz uşaq bölməsi üçün yeni bina təchiz edib, ümumi kitabxanadan ayırmaqdır”.
banner

Oxşar Xəbərlər