• cümə, 26 Aprel, 01:11
  • Baku Bakı 16°C

Əhalinin sayı açıqlandı

13.02.15 06:48 948
Əhalinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı ötən il 115,9 min nəfər və yaxud 1,2% artaraq bu ilin əvvəlinə 9 593 min nəfər olub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2014-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 0,9%-ni təşkil edib.
Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür və hər 1000 kişiyə 1009 qadın düşür.
Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 114,9 min nəfər çox olub. Belə ki, 2014-cü ildə ölkədə 170,5 min körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 18,1 təşkil edib. Doğulanların 53,6%-i oğlanlar, 46,4%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 3 148-i əkiz, 60-ı isə üçəm doğulub.
Ötən il ərzində ölkədə 55,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.
banner

Oxşar Xəbərlər