• cümə axşamı, 28 mart, 16:08
  • Baku Bakı 16°C

Əhalinin real gəlirləri artacaq

11.01.21 20:30 437
Əhalinin real gəlirləri artacaq
Azərbaycan iqtisadiyyatının 2021-ci ildə 3.4% böyüyəcəyi proqnozlaşdırılır.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, hazırda bütün dünya ölkələrində aparılan vaksinasiya tədbirləri koronavirus pandemiyasının qarşısının alınacağı proqnozlarını verməkdədir:"İlkin olaraq iqtisadiyyatın ikinci rübdən etibarən məhdudiyyətlərin aradan götürülməsi ilə sürətli artım mərhələsinə qədəm qoyacağı proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının da 2021-ci ildə 3.4% böyüyəcəyi proqnozlaşdırılır. Eyni zamanda, inflyasiyanın 3%, əhalinin real gəlirlərinin artacağı proqnozlaşdırılır.2021-ci ilin dövlət büdcəsi manat ifadəsində ən böyük büdcədir. Sürətli iqtisadi artımı təmin edəcək özəl sektor üçün stimullaşdırıcı və dəstək verici tədbirlərin gücləndirilməsi bu ildə qeyri-neft sektorunun daha da artmasına gətirib çıxaracaqdır”.
banner

Oxşar Xəbərlər