• cümə, 29 Mart, 15:21
  • Baku Bakı 14°C

Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək

12.02.19 12:53 544
Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək
Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq sosial məqsədlərə xidmət edən sərəncamlar imzalanır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, belə sərəncamlardan biri minimum aylıq əməkhaqqının artırılması ilə bağlıdır: "Bu sərəncamla əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək. Bu, müstəqillik dövründə ilk belə addımdır və əməkhaqlarının artırılmasına imkan yaradacaq”.
H.Rəcəbli bildirib ki, 2007-ci ildə yaşayış minimumu 67 manat olsa da, minimum əməkhaqqı 50 manat idi: "Digər illərdə də belə fərqlər var idi. Lakin ölkə başçısının son sərəncamı ilə minimum əməkhaqqı yaşayış minimumunun həcmi ilə bərabərləşdi. Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür. Şəhid ailələrinə verilən müavinət 58 manat artaraq 300 manata çatdırıldı".
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əhalinin rifah halının yüksəldilməsi baxımından olduqca önəmli addımdır.
banner

Oxşar Xəbərlər