• şənbə, 20 Aprel, 20:01
  • Baku Bakı 24°C

Əhalinin 82 faizi İlham Əliyevi dəstəkləyir - Rəy sorğusu

04.09.13 11:48 1403
Əhalinin 82 faizi İlham Əliyevi dəstəkləyir - Rəy sorğusu
APA-nın məlumatına görə, bu ilin avqustunda "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 84,7% hazırkı dövlət başçısı İlham Əliyevə səs verməyi düşünür.
Respondentlərin 82%-i İlham Əliyevin onların maraqlarına cavab verdiyini, 6%-i cavab vermədiyini, 5%-i “əsasən cavab vermədiyini” deyiblər. Digər respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.
Sorğuya görə, əgər "prezident seçkiləri qarşıdan gələn bazar günü" keçirilsəydi, rəyi soruşulanların 62%- səsverməyə gedəcəyi cavabını verib. Respondentlərin 20%-i səsvermədə "yəqin ki, iştirak edəcəyini", 13%-i isə səsverməyə getməyəcəyini bildirib, rəyi soruşulanların 5%-i cavab verməkdə çətinlik çəkib.
"Milli Şuranın prezidentliyə ehtiyat namizədini irəli sürməsindən xəbərdarsınızmı” sualı ilə müraciət edilənlərin 90,4%-i bu barədə ilk dəfə eşitdiklərini, 9,6%-i isə məlumatlı olduqlarını bildiriblər. Məlumatlı olanların 60%-i isə Bakıdakı respondentlər olub.
Namizəd barədə məlumatlı olanların 58,3%-i onun adını çəkə bilsə də, 41,7%-i onu tanımadıqlarını bildiriblər.
Sorğuda müxalifətin potensial namizədlərindən Cəmil Həsənliyə 0,4%, Rüstəm İbrahimbəyova 0,2%, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev və Eldar Namazov isə 0,1%-dən 0,3%-dək səs toplayıblar.
Sorğuda “yəni müxalifət” adlandırılanlar isə namizəd siyahısına düşməmiş prezidentliyə iddialılar da daxil olmaqla respondentlərin 1,5%-nin səsini alıblar.
Qeyd edək ki, hesabat 2013-cü il avqustun 26-30-da keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Sorğu təsadüfi seçmə üsulu ilə Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.
Üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18-dən yuxarı olan 1535 nəfər iştirak edib. Nisbi xəta 3 faizdir.
banner

Oxşar Xəbərlər