• cümə axşamı, 25 aprel, 09:39
  • Baku Bakı 14°C

Əgər sabah “hə” desə, qapılar açıqdır

08.01.19 13:30 663
Əgər sabah “hə” desə, qapılar açıqdır
"Benfika”nın prezidenti Luiş Filipe Vieyra Joze Mourinyonun komandasının baş məşqçi postunda görmək istədiyini etiraf edib.
Kaspi.az xəbər verir ki, bir müddət əvvəl Mourinyonun "Benfika”dan təklif aldığı barədə məlumat yayılmışdı. Ancaq daha sonra xəbər verildi ki, Joze həmyerlilərinin təklifini qəbul etməyib. Ancaq Vieyra bildirib ki, Jozeni komandasında görmək istəsə də, onunla danışıqlar aparmayıb:
"Biz Joze ilə dostuq. Mourinyo "Benfika”nın gələcək baş məşqçisidir? Biz onunla danışmamışıq.
Amma Mourinyonu kim öz komandasında görmək istəməz ki? Əgər o, sabah "hə” desə, qapılar açıqdır. Pul "Benfika” üçün problem deyil”.
banner

Oxşar Xəbərlər