AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Egemen Bağış: Azərbaycan illərdir işğal altında olan torpaqlarını azad etmək üçün öz iradəsini ortaya qoyub

Cəmiyyət
01 Oktyabr 2020, 15:00 139

Azərbaycan haqlı mübarizəsində lazımı addımlar ataraq illərdir işğal altında olan torpaqlarını azad etmək üçün öz iradəsini ortaya qoyub.

Bunu Trend-ə Türkiyənin sabiq Avropa İttifaqı İşləri üzrə naziri, hazırda ölkənin Praqadakı səfiri Egemen Bağış deyib.

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycanın bu haqlı mübarizəsini dəstəkləyir: "Türkiyədə dövlət başçısından tutmuş sadə vətəndaşa qədər, 85 milyon insan bu məsələdə Azərbaycanla birlikdədir. Biz qardaş Azərbaycana hər cür dəstək göstərməyə hazırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Türkiyədən minlərlə məktub gəldiyini, azərbaycanlılarla çiyin-çiyinə döyüşmək istəyənlərin olduğunu bildirdi və təşəkkür edərək Azərbaycanın özünün güclü ordusu olduğunu vurğuladı".

E.Bağış əlavə edib ki, Türkiyə Heydər Əliyevin "bir millət iki dövlət” fikrini yaşatmaqda qərarlıdır: "Türkiyə hər zaman ən çətin gündə Azərbaycanın yanındadır”.