• cümə, 19 Aprel, 20:44
  • Baku Bakı 24°C

Əfv sərəncamının icrası başa çatıb

19.03.15 14:02 544
Əfv sərəncamının icrası başa çatıb

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrası başa çatıb.
Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv olunanlar arasında Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və “NİDA” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var.
banner

Oxşar Xəbərlər