• cümə axşamı, 25 aprel, 15:09
  • Baku Bakı 23°C

Əfv Komissiyasının iclasları davam edir

06.04.18 17:27 745
Əfv Komissiyasının iclasları davam edir
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

İndiyədək keçirilən iclaslarda 600-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Əfv sərəncamınınAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.
banner

Oxşar Xəbərlər