• cümə, 19 Aprel, 06:33
  • Baku Bakı 13°C

Əfsanəvi “YUNONA və AVOS” rok-operası Bakıya gəlir

28.01.14 11:03 1479
Əfsanəvi “YUNONA və AVOS” rok-operası Bakıya gəlir
“Kaspi.az”-a verilən məlumata görə, Aleksey Rıbnikovun teatrı “Yunona və Avos” rok-operası ilə Bakıya qastrol səfərinə gəlir. Tamaşa yalnız bir gün - 31 may tarixində, saat 19.00-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Rusiyada, eləcə də Avropada məşhur olan kollektivin “Yunona və Avos” rok-operasının Bakıya qastrol səfəri əlamətdar hadisədir.
“Yunona və Avos” rok-operası Rusiya Federasiyasının Xalq artisti, Dövlət Mükafatı laureatı, bəstəkar Aleksey Rıbnikovun rəhbərlik etdiyi teatrın müəllif versiyasıdır. Rusiya səhnəsində ən məşhur rok-opera olan “Yunona və Avos”un müəllifləri görkəmli rus bəstəkarı Aleksey Rıbnikov və şair Andrey Voznesenskidir.
Qeyd edək ki, Aleksey Rıbnikovun teatrının quruluşunda “Yunona və Avos” rok-operası artıq Rusiyada, Ukraynada, Qazaxıstanda, Fransada, İsraildə və digər ölkələrdə nümayiş olunub və böyük uğur qazanıb.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər